10 İyun 2021 12:00
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Qadi Ayzenkot İranın nüvə potensialına sahib olma yolunda irəliləməsinə baxmayaraq, bunun yəhudi dövləti üçün mövcud təhlükə olmadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, general-leytenant İsrail dövləti üçün mövcud təhdid görmədiyini, bununla belə İranın nüvə potensialına sahib olmaması üçün prosesləri izləməyə davam edilməsinin vacib olduğunu deyib.

“İran nüvə silahına sahib olarsa, bu bir təhlükə olacaq. 1999-cu ilin yazında baş nazirin məsləhətçisi təyin olundum və (o zaman MOSSAD-ın rəhbəri) Efraim Halevi ilə müzakirə aparırdıq. Müzakirə bir məsələyə - İran təhlükəsinin aradan qaldırılmasına yönəlmişdi. İranın nüvə silahı əldə etməsinə imkan verməməliyik. Həmişə bundan narahat olmalıyıq”, - Ayzenkot bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər