11 İyun 2021 13:39
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefonda danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə türk nazirin özü açıqlama verib.

O, telefon danışığında regional məsələlərlə yanaşı, “S-400” mövzusunun da müzakirə edildiyini bildirib:

“Münasibətlərimizin ən yüksək səviyyədə olduğu vaxt müttəfiqlərimizlə hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqlar apararaq, ABŞ-dan “Patriot”, Fransa və İtaliyadan “SAMP-T” almaq cəhdləri etdik. Ancaq bu, müxtəlif səbəblərdən mümkün olmadı. Bundan sonra istədiyimiz şərtlərə razı olan Rusiyadan “S-400” raket əleyhinə sistemlər aldıq. Bunları gizli etmədik, heç vaxt gizli gündəmimiz olmayıb. Bu sistemləri almaqdakı əsas məqsədimiz özümüzü müdafiə etməkdir. Biz dəfələrlə bu mövzuda həmkarlarımızın narahatlıqlarını həll etməyə hazır olduğumuzu bildirdik, danışıqlarda açıq və şəffaf olduğumuzu dedik.

Faydalı və məntiqi həllər həmişə mümkündür. Türkiyənin NATO ilə NATO-nun da Türkiyə ilə əməkdaşlığına verdiyi töhfə “F-35” və “S-400”-lərdən daha dərin və əhatəlidir. NATO Baş katibi Stoltenberq bunu açıq şəkildə bildirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər