Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri bu məsələnin NATO-nun Brüsseldə keçiriləcək sammiti çərçivəsində müzakirə edilməsi ehtimalına toxunub.
Jurnalistin məsələ ilə əlaqədar müvafiq sualına Ərdoğan belə cavab verib:
“Oradakı görüşlərdə Ermənistan məsələsi gündəmə gətiriləndə bu məsələdən danışacağıq. Mina məsələsində marağı olanlara ilk növbədə “bu məsələni həll edək” deyəcəyəm”.