Ukraynanın NATO-ya üzv olması üçün daha çox islahatlara ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın başladığı islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş fərqli proqramlarımız var, amma daha çox şeyə ehtiyacımız var”, - Stoltenberq bildirib.
O, Ukraynanın alyans üzvlüyünə namizəd ölkə olduğunu söyləyib.
NATO baş katibi alyansa yeni üzvün qəbulu üçün digər üzvlərin də razılığının tələb olunduğunu deyib. Qeyd edib ki, Ukraynanın ittifaqa qoşulması NATO-nun Belçikada keçirilən sammitinin gündəliyində olmayıb.
NATO bundan əvvəl Ukrayna və Gürcüstanın gələcəkdə ittifaqa qoşula biləcəyini bildirən zirvə görüşünün yekun bəyanatını yayımlayıb.