300 Rusiya zabiti Donbas hövzəsində terrorçulara təlim keçir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Şimali Atlantika İttifaqının (NATO) Avropadakı silahlı qüvvələrinin komandanı, general Filip Bridlav bəyanat yayıb.
F.Bridlav bildirib ki, Rusiya zabitləri döyüş əməliyyatlarında birbaşa iştirak etmirlər, amma separatçıların təlimləri ilə məşğul olurlar. NATO generalının sözlərinə görə, Rusiya hökuməti Ukrayna gücləri və separatçılar arasında ayırıcı xəttin möhkəmləndirilməsində separatçılara fəal dəstək verməkdə davam edirlər.
F.Bridlav sentyabrın 5-də imzalanan Minsk protokolunun yalnız kağız üzərində qaldığını vurğulayıb.