ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Krım Platformasının Kiyevdə keçiriləcək toplantısına qatılmaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.
“Dövlət Departamentinin nümayəndələri toplantıya qatılacaq, amma prezident və vitse-prezident olmayacaq”, - diplomat qeyd edib.
Görüşdə Vaşinqtondan kimlərin iştirak edəcəyi açıqlamayıb.
Krım Platformasının sammiti avqusun 23-də Ukraynada keçiriləcək. Beynəlxalq platormanın qurulması ideyasının müəllifi Ukrayna Prezidenti Vladimir Zelenskidir. O, bu formatı “Krım məsələsinin həlli üçün atılmış vacib addım” adlandırıb.
Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba bütün ölkələri öz maraqlarını qorumaq üçün Krım Platformasına qoşulmağa çağırıb.
Rəsmi Kiyev Türkiyənin platformaya qoşulacağını açıqlamışdı.