Rusiya “İttifaq-90” bloku və Yaşılllar partiyasından Almaniya kanslerliyinə namizəd Annalena Berboka qarşı kampaniyanın təşkilində iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumber” agentliyi məlumat yayıb.
Agentliyin iddiasına görə, Kreml Berbokun seçkidə qazanacağı qələbənin Rusiyanın qlobal maraqlarına ciddi təhlükə yarada, Moskva və Berlin arasındakı münasibətləri korlaya və ABŞ-ın əlinə keçə biləcəyinə inanır.
Xüsusilə Moskva siyasətçinin Rusiyanın “Şimal Axını-2” qaz kəməri ilə bağlı mövqeyindən narahatdır.
Berbokun partiyası Kremlin başlatdığı iddia edilən hücumla bağlı Almaniyanın təhlükəsizlik xidmətinə şikayət edib.
Alman kəşfiyyatından verilən açıqlamaya görə, rusiyalı hakerlər “yaşıllar”ın elektron poçtlarını hədəfə aıblar.