3 Avqust 2021 19:54
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dənizli şəhərində bir hərbi kazarmanın yaxınlığındakı əraziləri yandırmağa cəhd edən şübhəli şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə briqada komandiri general-mayor İlhan Özcan məlumat verib.

General kazarma yaxınlığındakı otluq ərazinin yandırıldığını bildirib.

"Mühafizəçilər tərəfindən fərq edilən şübhəli ərazidən qaçıb. Yanğın böyüməzdən əvvəl yanğınsöndürənlər tərəfindən söndürülüb".

Şübhəlinin hadisədən sonra başladılan axtarış çərçivəsində tutulduğu deyilib.


Müəllif: Teleqraf.com