9 Avqust 2021 12:33
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Co Bayden Ağ Evdə keçirəcəkləri görüşdə strateji tərəfdaşlıq, təhlükəsizlik və iqtisadi məsələləri müzakirə etmək niyyətindədirlər.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Ukrayna Xarici işlər naziri Dmitri Kuleba açıqlama verib.

Onun sözlərinə görə, qarşıdakı görüş Kiyevlə Vaşinqton arasında münasibətləri yeni səviyyəyə qaldırmalıdır: “Bu baxımdan hər iki ölkənin diplomatları bu yaxınlarda Rusiya təcavüzünü müzakirə etdilər. Amma bu müzakirələrin hansı yöndə aparıldığını hələlik açıqlamamaq qərarına gəldik. Bir neçə xüsusi fikri müzakirə etdik, hələlik açıqlaya bilmərəm”.

Kuleba danışıqlar çərçivəsində Bayden və Zelenskinin bir çox xüsusi sənədlər imzalayacağını vurğulayıb.

Zelenskinin ABŞ-a səfəri avqustun 30-da baş tutacaq. Kuleba isə ötən həftə Amerikada olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər