13 Avqust 2021 09:32
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Kosmos İdarəsinin (NASA) “Dragonfly” dronu Saturnun peykində əvvəllər və indi həyatın mövcud olub-olmadığını araşdıracaq.

Teleqraf.com xəbər verir ki, cihaz Titanın ekvatoruna enəcək.

Kosmik aparat vasitəsilə bu göy cismində həyatın olub-olmadığını bilmək üçün torpaq nümunələrinin götürülməsi planlaşdırılır.

Saturnun peyki Titan qismən Yer kürəsinə bənzəyir. Titanda sıx olsa da metan atmosferi, yağışlar, hava, dəniz, okean və qitələr mövcuddur.

“Dragonfly” kimyəvi biosiqnallar axtaracaq, aktiv metan dövrünü öyrənəcək və hazırda Titanın atmosferi və səthindəki prebiotik kimyanı araşdıracaq.

2030-cu illərin ortalarında Titana gedəcək dron peyk boyunca hərəkət edəcək. Missiyanın sonunda dron 90 km diametrli Selk kraterinə uçacaq.


Müəllif: Mənsur Rəğbətoğlu