8 Noyabr 2014 03:33
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu xalqın rəğbətini qazanmaq üçün səylərini davam etdirir.

Teleqraf.com-un Ans-ə istinadən məlumatına görə, cümə günü Türkiyənin baş naziri Əhməd Davudoğlu Bursada “İqtisadiyyatda əməyi olanlar”ın mükafatlandırma mərasiminin açılışında iştirak edib.

Tədbirdə bir sıra maraqlı anlar yaşanıb ki, onlardan biri də baş nazirin müavini Bülənt Arınçın nitqi olub. İlk olaraq çıxış edən Arınç baş nazir Əhməd Davudoğlu ilə birlikdə cümə namazından çıxarkən yanlarına ərəb əsilli birinin yaxınlaşdığını və “siz İslam ümmətinin izzəti oldunuz” dediyini bildirib. Onun bu sözləri səsləndirməsi ilə Davudoğlu göz yaşlarını saxlaya bilməyib. Hər ikisi kövrək anlar yaşayıb.

Daha sonra çıxış edən Ə.Davudoğlu “Uluşəhər Bursadan Qüdsə min salam” deyərək nitqinə başlayıb.

“Dünya Qüdsü unutsa da, biz unutmayacağıq. Qüds bizə həzrəti Ömərin, Yavuz Sultan Səlimin, Qanuninin, son Osmanlı əsgərinin əmanətidir. Hamı unutsa da biz unutmarıq. Biz bütün gücümüzlə o məzlum suriyalının da, Qüdsün də yanında olmağa davam edəcəyik” – deyə Ə.Davudoğlu çıxışında səsləndirib.


Müəllif:

Oxşar xəbərlər