7 Sentyabr 2021 21:14
5 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Pəncşir əyalətində Taliban qüvvələri tərəfindən məğlub edilən müqavimət hərəkatının lideri Əhməd Məsud mübarizəyə davam edəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Taliban dünən səhər Pəncşiri ələ keçirdikdən sonra döyüşçüləri ilə birlikdə bölgəni tərk edən Əhməd Məsud Feysbukda açıqlama verib.

O, Əfqanıstan Alimlər Şurasının qarşıdurmalara son qoyma çağırışını tam dəstəklədiklərini, amma Taliban hücumlarının davam etdiyini deyib.

Qüvvələrinin müqavimətini dayandırmayacağını bildirən Məsud beynəlxalq ictimaiyyəti Talibanın hakimiyyətini legitimləşdirdiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər