Əfqanıstanın Pəncşir əyalətində Talibana qarşı dirəniş hərəkatının liderlərindən Emrullah Salehin qardaşı Əziz öldürülüb.
Teleqraf.com xəbər verir ki, Əziz Saleh sürücüsü ilə birlikdə hərəkət edərkən Taliban döyüşçüləri tərəfindən dayandırılıb və məhv edilib.
İlkin məlumatlara görə, Taliban onun cənazəsini ailəsinə verməyi rədd edib.
Qeyd edək ki, Əmrullah Saleh kifayət qədər önəmli fiqur sayılır. Əşrəf Qani hökumətində əvvəl daxili işlər naziri olub, ardınca prezident köməkçisi postunu tutub.