12 Oktyabr 2021 12:21
9 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-ABŞ münasibətlərindəki “S-400” və “F-35” gərginliyi hələ də qaldığı vaxt Vaşinqton-Ankara danışıqları ilə bağlı tarixi dialoq mediada öz əksini tapıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Kılıçın ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişə sürpriz təklif verdiyi üzə çıxıb.

Kılıç amerikalı senatora deyib: “Bu görüşdən sonra Ankaraya məlumat verərkən deyə bilərəmmi ki, Türkiyə “Patriot” almaq qərarına gəlsə və razılıq əldə olunarsa, ABŞ prezident Konqresin raketlərin təhvil verilməsinə mane olmayacağına zəmanət verirmi?”

Kılıçın təklifinə təəccübünü gizlədə bilməyən ABŞ rəsmisinin cavabı diqqət çəkib: “Belə bir zəmanət verə bilmərik. Təhvil verilmə günü çatanda vəziyyətə baxarıq”.

Senatorun verdiyi cavab ABŞ-ın “Patriot” müdafiə sistemlərini Türkiyəyə satmaqda nə qədər istəksiz olduğunu bir daha ortaya qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu