18 Oktyabr 2021 10:55
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Xarici işlər naziri Nikos Dendias ABŞ-ın ölkəsi ilə imzaladığı Müdafiə Əməkdaşlığı Anlaşmasının (1990-MDCA) gücləndirilmiş protokoluna Türkiyənin necə reaksiya verəcəyi ilə maraqlanmadıqlarını bəyan edib.

Teleqraf.com-un məlumatıpna görə, nazir “Kathimerini” qəzetinə müsahibəsində deyib ki, Türkiyənin reaksiyası ABŞ üçün əhəmiyyətli olsaydı, hərbi güclərinin istifadəsi üçün Meric hüdudundan bir neçə kilometr məsafədə yerləşən Dədədağdakı bir qərargah və ya Şərqi Aralıq dənizinin göbəyindəki Kritdəki Suda dəniz bazasını seçməzdi.

Dendias ad çəkmədən Türkiyəni nəzərə alaraq bildirib ki, əgər bir ölkə bizə hücum etməyi planlayırsa, Yunanıstandakı ABŞ hərbi qüvvələrinin olduğunu ciddi şəkildə diqqətə almalıdır.


Müəllif: Nemət