28 Oktyabr 2021 12:45
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər Azərbaycan ətrafındakı ölkələrdə COVİD-19 virusunun sürətlə yayılması müşahidə olunur.

Teleqraf.com xatırladır ki, Rusiya, Gürcüstan və Ermənistanda hazırda pandemiya pik mərhələsini yaşayır.

Gürcüstanın baş epidemioloqu ölkədə virusunun beşinci dalğasının başlandığını bir neçə gün əvvəl elan etmişdi.

İndisə məlum olub ki, Ukraynada da virusun yayılması pik həddə yaxınlaşır.

Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında görə, son bir sutkada 151 mindən çox test edilib. 26 min 71 nəfərdə virus aşkarlanıb. Son bir sutkada isə 576 nəfər virus səbəbindən vəfat edib.

Qeyd edək ki, may ayında Ukraynayada pandemiya rəqəmlərində sabitlik müşahidə olunurdu. Sentyabrdan başlayaraq yoluxma rəqəmlərdə artım qeydə alınıb.


Müəllif: Nemət