4 Dekabr 2021 19:51
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest Talibanın qadınların zorla ərə verilməməsi və mülk sayılmaması ilə bağlı fərmanını alqışlayıb, lakin cəmiyyətin bütün sahələrində onların hüquqlarının təmin edilməsi üçün daha çox iş görülməli olduğunu qeyd edib.

Teleqraf.com xəbər verir ki, Tomas Vest “Tvitter” hesabında yazıb:

“Qadının kimə ərə gedəcəyinə qərar vermək hüququnu gücləndirən bugünkü (3 dekabr) fərmanı alqışlayırıq. Eyni zamanda təhsil, iş, siyasət və media daxil olmaqla Əfqanıstan cəmiyyətinin bütün sahələrində qadınların hüquqlarının təmin edilməsi daha çox şey tələb edir”.

Qeyd edək ki, Taliban hərəkatının lideri Heybətulla Axundzadə qadınların Əfqanıstanda zorla ərə verilə bilinməyəcəyinə dair fərman imzalayıb. Təşkilatlara, ruhanilərə və ağsaqqallara qadınların hüquqlarını təmin etmək üçün ciddi tədbirlər görmək tapşırılıb.


Müəllif: Səxavət