7 Dekabr 2021 17:35
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda yüzlərlə sərnişin təyyarəsi sanksiyalara görə istifadə edilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətləri Assosiasiyasının idarə heyətinin sədr müavini Əli Rza Bərxor açıqlama verib.

“Ölkədəki təyyarələrin 50 faizdən çoxu uça bilmir, çünki sanksiyalara görə mühərrik və digər ehtiyat hissələrini təmin edə bilmirik. Biz lazımi ehtiyat hissələri olmadan təyyarələri təmir edə bilmərik”, - Bərxor bildirib.

Onun sözlərinə görə, hökumət yeni ehtiyat hissələri və mühərriklər tədarük etməlidir. Bərxor hava yolu şirkətlərinə kömək edilməli olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər