1 Yanvar 2022 12:24
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz ilk Yeni il müraciətində Ukrayna ətrafındakı vəziyyətə toxunaraq sərhədlərin toxunulmaz olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, Şolz çıxışını xarici siyasət mövzusu ilə yekunlaşdırıb.

O xatırladıb ki, yanvarın 1-dən Almaniya G7-nin sədri olacaq. Kanslerin sözlərinə görə, Almaniyanın dünya miqyasında digər ölkələrlə birgə fəaliyyət göstərməsi, o cümlədən Avropa İttifaqının daha suveren olması vacibdir:

“Avropada təhlükəsizlik üçün transatlantik əməkdaşlıq bölünməzdir. Ukrayna ilə bağlı vəziyyətdə biz yeni çağırışla üz-üzəyik. Sərhədlərin toxunulmazlığı böyük dəyərdir və danışıqlar mövzusu deyil”.

Kanslerin çıxışının qalan hissəsi Almaniyadaxili mövzulara həsr olunub. Şolz deyib ki, əvvəlki hökumətdən (Angela Merkel) hakimiyyətin qüsursuz, demək olar ki, dostcasına ötürülməsi bütün dünyada rezonans doğurub.

O, 2021-ci ili çağırışlarla dolu il adlandıraraq, ilk növbədə davam edən pandemiya və onu müşayiət edən məhdudiyyətləri, Almaniyanın qərbində və cənubunda baş verən daşqınları qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər