Koronavirusun omikron ştammının sürətlə yayılmasına baxmayaraq on minlərlə insan Yeni ili Nyu-Yorkdakı Tayms-skver meydanında qeyd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Meydana bitişik küçələrə yalnız peyvənd olunmuş şəxslərin daxil ola bildiyi vurğulanır.
İnsanların yalnız bir hissəsi qoruyucu maska taxıb, sosial məsafəyə riayət olunmayıb.