Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi fevralın 2-dən etibarən Ermənistana uçuşların başlayacağını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, nazirliyin açıqlamasında qeyd edilib ki, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar zamanı qarşılıqlı uçuşların başlanmasına qərar verilib.
“Pegasus Hava Yollarına Mülki Baş İdarə tərəfindən Sabiha Gökçen-İrəvan marşrutu üzrə həftədə 3 uçuş icazəsi verilib. Aviasiya.Ermənistan tərəfdən “Fly One Armenia” aviaşirkətinə də İrəvan-İstanbul marşrutu üzrə həftədə 3 uçuşa icazə verilib. Alınan razılaşmaya əsasən, ilk uçuşlar qarşılıqlı olaraq fevralın 2-də başlayacaq. İstanbul hava limanı saat 19:50, Sabiha Gökçen hava limanından axşam saat 23:35-də yola düşəcək”,- nazirliyin açıqlamasında qeyd edilib.