20 Noyabr 2014 06:18
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti "terrorla mübarizə" çərçivəsində start verdiyi “Think Again Turn Away” (Bir daha fikirləş, üz çevir) adlı kampaniyanın Tvitter hesabında İŞİD terrorçusuna porno cavab verib.

Axar.az xəbər verir ki, sosial şəbəkədə İŞİD terrorçusu “İŞİD milyonlarla sünni müsəlmanın İraq və Suriya ordusu tərəfindən öldürülməsinin qarşısını alıb. Sünni qadının cinsi təcavüzə məruz qaldığı şəkil isə saxtadır” sözlərinə cavab verən qurum “Bu şəkil macar pornosudur. İnsanları ümidsiz müharibənizi dəstəkləsin deyə aldatmayın, saxta şəkillərdən istifadə etməyin”, - cavabını verib.

Xatırladaq ki, Dövlət Departamentinin “Think Again Turn Away” kampaniyası bir neçə dəfə böyük tənqidlərlə üzləşib. Kampaniya "terrorçular və təbliğatları haqqında həqiqətləri ortaya çıxarmaq" məqsədilə yaradılsa da, insanların İŞİD-ə qoşulmasına mane olmaq üçün zorakılıq hesab edilən şəkillər də paylaşır.


Müəllif:

Oxşar xəbərlər