29 Yanvar 2022 13:01
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına üzv ölkələr arasında Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə anti-Rusiya sanksiyalarının miqyası ilə bağlı vahid mövqe yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski “El Mundo” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, fikir ayrılığı Rusiyaya qarşı sanksiyaların miqyası və ya Ukraynaya hərbi dəstək, ictimaiyyət və ya NATO səviyyəsində razılaşdırılmalı olan mövqelərlə bağlıdır.

O, həmçinin Almaniyanın mümkün münaqişə ilə bağlı mövqeyinə və rəsmi Berlinin Ukraynaya silah verməkdən imtina etməsinə diqqət çəkib.

“Əgər onlar (Almaniya) Ukraynaya kömək etməkdən imtina etsələr, mən onlardan bunu açıq şəkildə demələrini xahiş edəcəm. “Biz Ukraynaya silah göndərməyəcəyik, çünki ora münaqişə zonasıdır” kimi yayındırıcı bəyanatlar hazırkı şəraitdə ciddi siyasət deyil”, - deyə Moravetski bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər