1 Fevral 2022 17:04
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mümkün müharibədə Ukraynaya qoşun göndərmək məsələsi masada deyil, yalnız NATO ölkələrinin müdafiəsinə yönəlmişik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi deyib.

Kirbi Rusiyanın Ukraynanı təhdid etdiyini və ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə yardımını davam etdirdiyini bildirib.

Kirbi yanvarın 28-də Ukraynaya yeni partiya silah-sursat göndərdiklərini və bu prosesin davam edəcəyini söyləyib.

O, ABŞ, İngiltərə və Kanada ordularının təlim bölmələrinin hələ də Ukraynada olduğunu qeyd edib:

“Prezident ruslarla müharibədə Amerika hərbçilərini Ukraynaya göndərməyəcəyimizi çox açıq şəkildə açıqladı. Bəllidir ki, bu, masada deyil. Əsas diqqətimizi NATO-dakı müttəfiqlərimizin müdafiəsinə yönəltmişik”.

Kirbi Rusiyanın NATO-ya qarşı təhdidinin ABŞ tərəfindən qəbul edilməyəcəyini açıq şəkildə anlamasını təmin etmək istədiklərini deyib.

“Təhlükə yaranarsa, Birləşmiş Ştatlar NATO müttəfiqləri qarşısındakı öhdəliklərini yerinə yetirəcək” – Pentaqonun sözçüsü bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər