“Almaniya kansleri Olaf Şolz NATO-nun ləğvi üçün addımlar atmalı və ümumavropa təhlükəsizliyini qorumaq üçün diqqətini ATƏT-in canlanmasına yönəltməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu alman politoloqu Aleksandr Rar deyib.
Politoloqun fikrincə, NATO ümumavropa təhlükəsizliyini təmin etmək funksiyasının öhdəsindən gələ bilmədiyi üçün Şolz “anqlosaksların diktəsindən qurtulmalı” və ATƏT-i dirçəltməyə başlamalıdır.
Rarın qənaətincə, bu istiqamətdə Almaniya kanslerini Fransa prezidenti Emmanuel Makron dəstəkləyə bilər.
“Almaniya ukraynalıları mübarizəyə çağıran İngiltərədən fərqli olaraq, Ukrayna ətrafında vəziyyəti sakitləşdirməyə çalışır. Şolz buna o zaman nail olacaq ki, o, Avropada ümumi təhlükəsizlik sistemini tənzimləmək kursunu keçsin”, - politoloq bildirib.