Rusiya Prezidenti Vladimir Putin radikal ünsürlərin Rusiya milli təhlükəsizliyi üçün təhdid yaratdığını açıqlayıb.
Axar.az xəbər verir ki, Təhlükəsizlik Şurasının toplantısında danışan Putin rəngli inqilabların qarşısının alınması üçün Rusiyanın hər şey edəcəyini deyib:
“Bəzi qüvvələr təhlükəsizliyimizi təhdid edir. Bu təhdidlər siyasi, iqtisadi və ictimai sistem üzərində disbalans yaradır. İrqçilik, dini dözümsüzlük və siyasi radikal qüvvələr bunun tərkib hissəsidir. Bütün bunlar cəmiyyət və dövlət adına təhlükə deməkdir”.
Bu cür qüvvələrin Rusiyada çaxnaşma yaratmaq niyyətində olduğunu deyən Kreml başçısı bunun başqa ölkələrin timsalında faciələr yaratığını bildirib:
“İndiki vaxtda bəzi qüvvələr geosiyasi quruluşu dəyişmək istəyir. Biz rəngli inqilabların faciəli nəticələrini görürük. Bu cür cəhdlərin Rusiyada baş verməməsi üçün nə lazımdırsa, edəcəyik. Bu bizim üçün bir xəbərdarlıq dərsidir”.