25 Fevral 2022 13:13
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zelenskinin məhv edilməsi Rusiya xüsusi əməliyyatının yeganə məqsədidir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəsmisi Mixail Podoliak deyib.

O, Prezident Zelenskinin öldürülməsini Rusiyanın hücumunun əsas hədəfi adlandırıb.

Podoliak keçirdiyi brifinqdə bildirib ki, Rusiya Vladimir Zelenskini məhv etmək istəyir.

“Bu gün demək istədiyim əsas şey artıq aydın olan ssenaridir, Rusiya Federasiyasının xüsusi əməliyyatının əsas, fundamental ssenarisi və məqsəd Kiyevə çatıb Ukrayna rəhbərliyini məhv etmək, prezident Vladimir Zelenskini şəxsən zərərsizləşdirməkdir”,- Mixail Podolyak bildirib.

Xatırladaq ki, Zelenski bundan əvvəl Rusiya qoşunları üçün bir nömrəli hədəf özü, ikinci hədəfin ailəsi olduğunu açıqlamış və ailəsi ilə birlikdə Kiyevdə qaldığını bildirmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər