Rusiya sanksiyalara görə səmasını bağlayan ölkələrin aviaşirkətlərinə öz hava məkanından istifadəni qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
“Beynəlxalq hüquq normalarına uyğun olaraq, Avropa dövlətlərinin Rusiya aviadaşıyıcıları tərəfindən həyata keçirilən və ya Rusiyada qeydiyyatdan keçmiş mülki hava gəmilərinin uçuşlarına qadağasına cavab olaraq 36 dövlətin aviadaşıyıcılarının həyata keçirilməsinə məhdudiyyət tətbiq edilib”, - mesajda deyilir.
Qeyd edildiyi kimi, məhdudiyyətlər aşağıdakı ölkələrin hava daşıyıcılarına təsir edəcək: Avstriya, Albaniya, İngiltərə, Belçika, Bolqarıstan, Britaniya Vircin adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka (+Qrenlandiya, Farer adaları, Ərazi dənizi), Cersi, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniya.