17 Mart 2022 12:20
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus telekanalında Rusiya-Ukrayna müharibəsinə etiraz edən Marina Ovsyannikova Fransa Prezidenti Emmanuel Makronun sığınacaq təklifini rədd edib.

Teleqraf.com xəbər verir ki, Ovsyannikova Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində ölkəsini tərk etmək istəmədiyini bildirib.

Jurnalist Makronun Fransada sığınacaq təklifinə belə cavab verib:

“Mən vətənpərvərəm, oğlum daha çox vətənpərvərdir. Heç bir halda buradan başqa yerə getmək istəmirik”.

Ağlı başında olan heç kimin qardaş xalqa qarşı bu savaşı qəbul etməyəcəyini bildirən Ovsyannikova əlavə edib:

“Rusların da bu müharibəyə qarşı olduğunu göstərmək istədim. Qərbdə bir çox insan bunu başa düşmür”.

Ötən günlərdə “Pervıy kanal”da “Müharibəyə yox” yazılmış pankartla diktorun arxasına keçən 43 yaşlı Ovsyannikova etirazından sonra saxlanılıb. O, Moskva məhkəməsində xəbərdarlıq etmədən kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qanunu pozduğuna görə mühakimə olunub və 30 min rubl cərimə edilib.

Atası ukraynalı, anası rus olan jurnalist Rusiya hakimiyyətindən Ukraynaya qarşı müharibəni dayandırmasını istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər