Mərakeşin cənub əyalətlərində noyabrın 22-dən başlayan şiddətli yağış və daşqınlar nəticəsində 32 nəfər ölüb, 6 nəfər itkin düşüb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən çox ziyan çəkən ölkənin Quelmim əyaləti olub, burada 24 nəfər təbii fəlakətin qurbanı olub.
Hazırda itkin düşənlərin tapılması üçün xilasedicilər tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.