14 May 2022 10:23
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusunun əsas məqsədi Donetsk, Luqansk və Xerson vilayətlərinə tam nəzarət yaratmaq və müvəqqəti işğal olunmuş ərazilərlə Krım arasındakı quru dəhlizinin sabitliyini təmin etməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahdan bildirilib ki, sözügedən bölgələrdə əsas fəallıq Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur.

Volın və Polissyada aktivliyin olmadığı deyilib.

Məlumata görə, Belarus ordusunun 7 batalyonu Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Eyni zamanda, Rusiya silahlı qüvvələrinin hərbi texnikası və şəxsi heyətinin Belarusdan Ukraynaya daşınmasının davam etdiyi də vurğulanıb.

Ruslar Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsini gücləndirməyə çalışırlar. Bu, müharibənin Rusiya ərazilərinə keçməsinin qarşısını almaq səyləri kimi qiymətləndirilir.

Ruslar Zaporojye istiqamətində işğal olunmuş əraziləri saxlamaq üçün müdafiə istehkamları qururlar.

Baş Qərargah Rusiyanın qoşunlarını Xarkovdan çıxarılması xəbərini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər