Ukrayna hərbi qüvvələrinin Xerson vilayətində uğurlu əks-hücumu rus qoşunlarını müdafiəyə keçməyə məcbur edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun bu həmləsi Rusiyanın cənubda güclü müdafiə mövqeləri qurmaq planlarının qarşısını almaq məqsədi daşıyıb.
“Ukraynanın əks-hücumunda yaxın gələcəkdə ərazilərin böyük hissəsinin geri alması ehtimalı az olsa da, bu, Rusiyanın əməliyyatlarını pozacaq və rusları əsasən qeyri-standart bölmələrin nəzarətində olan Xersona əlavə qüvvələr göndərməyə məcbur edəcək. Ukrayna əks-hücumları davam etdirə bilər. Belə həmlələr Rusiyanın Ukraynanın işğal edilmiş cənub ərazilərinə inzibati nəzarəti gücləndirmək səylərini daha da ləngidir”, - məlumatda deyilib.