5 İyun 2022 01:53
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helsinki və Stokholm Ankaranın təhlükəsizlik gözləntilərinə cavab vermək üçün hələ də addım atmayıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə bu iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq üçün müraciətlərinə Türkiyə tərəfindən yenidən baxılması gözlənilmir:

"Biz gözləntilərimizi və narahatlıqlarımızı isveçli və finlandiyalı həmkarlarımıza konstruktiv və eyni zamanda çox qətiyyətlə çatdırdıq. Terrorla mübarizənin vacibliyini və bu ölkələrdə cinayətkar təşkilatların üzvlərinin olmasının yolverilməzliyini vurğuladıq. Ankara Helsinki və Stokholma bu strukturların qanlı cinayətləri ilə bağlı bütün məlumatları, eləcə də (İsveç və Finlandiyada) terrorçularla bağlı məlumatları verib”.

Ərdoğanın sözçüsü qeyd edib ki, İsveç və Finlandiya Türkiyənin NATO-dakı potensial müttəfiqi kimi Türkiyənin milli maraqlarına təhdidlərin yolverilməzliyi məsələsində dəqiq mövqe tutmalıdırlar.


Müəllif: Teleqraf.com