10 İyun 2022 16:47
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Ann Linda ölkəsinin NATO-ya üzvlüyünə Türkiyənin etirazı ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Linda Türkiyə ilə bu barədə danışıqlarda konstruktiv irəliləyiş əldə etməyi hədəflədiklərini bildirib.

“Müraciətimiz NATO üzvlərindən böyük dəstək alıb. Məqsədimiz Türkiyənin dilə gətirdiyi problemlərə konstruktiv yanaşma ilə irəliləyiş əldə etməkdir”, - nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu