17 İyun 2022 12:03
4 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə “Harpun” raketləri ilə Rusiya donanmasının “Vasili Bex” yedək gəmisini vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Odessa vilayətin hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.

“Bu səhər “Harpun” raketləri İlan adasına sursat, silah, şəxsi heyət və TOR kompleksi aparan “Vasili Bex” yedək gəmisinə tuş gəlib. “Moskva” kreyserini təbrik edirik”, - Marçenko bildirib.

Gəminin ekipajının taleyi məlum deyil. Rusiya gəmiləri axtarış-xilasetmə əməliyyatı keçirməyə çalışır.

Ukrayna Hərbi Dəniz Qüvvələri yedək gəmisinin vurulmasını təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər