29 İyun 2022 22:25
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat deyib.

Tərəflər Ukrayna taxılının, eləcə də Rusiya gübrələrinin dünya bazarına qaytarılmasını müzakirə ediblər.

Lavrov ölkəsinin taxıl böhranının aradan qaldırılması üçün əlindən gələni edəcəyinə söz verib.


Müəllif: Teleqraf.com