7 İyul 2022 18:00
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya baş naziri Boris Consonun yürütdüyü siyasətin nəyə gətirib çıxardığını Avropa dövlətlərinin liderləri düşünməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Consonun istefası ilə bağlı açıqlamasında deyib.

“Dinc şəhərlərimizin - Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır. İngilis subyektləri bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir”, - Volodin bildirib.

Onun sözlərinə görə, Avropa dövlətlərinin liderləri belə bir siyasətin nəyə gətirib çıxaracağı barədə düşünməlidirlər.

“Təlxək gedir. Zelenskinin yaxın dostu və himayədarı, Böyük Britaniyanın baş naziri Boris Conson vəzifəsini tərk etmək məcburiyyətində qalıb. Bütün cəhdlərə və səylərə baxmayaraq, qala bilmədi”, - Volodin vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu