8 Avqust 2022 11:27
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada quraqlıq səbəbindən suyun səviyyəsi aşağı düşən Po çayının yatağında iyul ayında İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb.

Teleqraf.com xəbər verir ki, bomba mütəxəssis qruplar tərəfindən zərərsizləşdirilib.

Əməliyyat zamanı bölgədə yaşayan təxminən 3 min insan təhlükəsizlik səbəbilə təxliyə edilib. Ərazidə dəmir yolu hərəkəti bir müddət dayandırılıb.

Tapılan bombanın ABŞ istehsalı olduğu bildirilib.

Bundan başqa, mart ayında sular çəkildikdən sonra Po-nun Mantova vilayətindən də keçən hissəsində nasistlərə məxsus zirehli maşın aşkarlanıb.

İtaliyada hökumət Po çayının son 70 ilin ən pis quraqlığından keçdiyi ərazilərdə fövqəladə vəziyyət elan edib.


Müəllif: Aysel Azad