Hücumu davam etdirən Rusiya qoşunları Nikolayev istiqamətində Blaqodatnı rayonunda qismən uğur qazanıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah rusların sözügedən istiqamətdə hücum əməliyyatlarını davam etdirdiklərini bildirib.
Bundan başqa, Rusiya qoşunları Pivdennobuz istiqamətində Zariçnı, Bila Krinitsya və Andriyevka yaxınlığında hava hücumları həyata keçirib.
Baş Qərargah həmçinin vurğulayıb ki, Ukrayna ordusunun raket-artilleriya bölmələri və aviasiyası qeyd olunan istiqamətlərdə tapşırıqlarını uğurla yerinə yetirməkdə davam edir.