30 Avqust 2022 10:15
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya Baş naziri Edi Rama Sloveniyada keçirilən 17-ci Bled Strateji Forumunda çıxış edib.

Teleqraf.com xəbər verir ki, çıxışında Avropa Birliyinin koronavirus prosesi ilə bağlı mövqeyini tənqid edən Rama onların Albaniyanı tamamilə unutduqlarını, yalnız Türkiyənin ölkəsinə kömək etdiyini bildirib.

Baş nazir AB-nin həmin vaxt peyvəndlə bağlı biabırçı səhvlərə yol verdiyini bildirib.

Rama bu dövrdə Türkiyənin Albaniyaya peyvənd yardımı etdiyini söyləyərək, buna görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdar olduqlarını dilə gətirib.

“Hər söhbətlərində deyirlər ki, Balkan bizimlə olsun, üçüncü qüvvələrin təsiri altında qalmasın. Bəs nə baş verdi? Serbiya peyvəndi Çindən aldı. Biz də Türkiyədən almışıq. Prezident Ərdoğan olmasaydı, ölkəmizdə daha çox insan həyatını itirərdi. Ümid edirəm ki, Avropa baş verənlərdən dərs alıb. Ümid edirik ki, Avropa Birliyi sadəcə olaraq bir-birinə peyvənd paylayıb, bizi tamamilə unutmaq kimi biabırçı səhvi təkrarlamayacaq”, - Rama qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər