10 Sentyabr 2022 12:54
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saatda rus ordusu Ukrayna ərazisinə 13 raket və 23 hava zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi bildirib.

“Xüsusilə, Velikie Prohodı, Avdeyevka, Nevelskoye, Maryinka, Velikaya Novoselka, Neskuchnoe, Volnoe yaşayış məntəqələrinin ərazilərində infrastruktur hədəf olub. Pole, Poltavka, Malye Şerbaki, Beloqorye, Ternovye Podı, Blaqodatnoe, Suxoy Stavok, Kostromka və Bezımyannoe hava zərbələrindən təsirlənib”, - məlumatda deyilir.

Bundan əlavə, düşmən PUA-lardan istifadə edərək hava kəşfiyyatı aparıb. 36 növbə qeydə alınıb. Bu arada, Volınya və Polezya istiqamətlərində vəziyyət əhəmiyyətli dərəcədə dəyişməyib.

Severski istiqamətində düşmən Sumı vilayətinin Slavqorod və Velikaya Pisarevka qəsəbələri ərazilərində mülki və hərbi infrastruktur obyektlərinə aviazərbələr endirib.

Digər istiqamətlərdə isə rus işğalçıları hərbi və mülki infrastruktur obyektlərini tanklardan, döyüş maşınlarından, lülədən və raket artilleriyasından atəşə tutublar.

Xarkov istiqamətində rus ordusu fəallıq nümayiş etdirib, bəzi məntəqələrə hücum təşkil edib.

Baxmut və Novopavlovsk istiqamətində də vəziyyət gərgin olaraq qalır.


Müəllif: Nemət

Oxşar xəbərlər