Ukrayna ordusu 7 yaşayış məntəqəsində rusların hücumlarını dəf edib
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Müdafiə qüvvələri Zaitsevoe, Baxmut, Baxmutskoe, Krasnohorovka, Vodyanoe, Bezymyannoe və Novoqriqoryevka yaşayış məntəqələri ərazilərində düşmənin hücumlarını uğurla dəf edib”, - məlumatda qeyd olunur.
Əlavə olunur ki, Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri sutka ərzində doqquz zərbə endirib - düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi yeddi istehkam və yer, zenit-raket komplekslərinin iki mövqeyi məhv edilib.
Həmçinin, son 24 saat ərzində Ukraynanın raket qoşunları və artilleriya bölmələri nəzarət məntəqələrini, canlı qüvvənin cəmləşdiyi əraziləri və düşmənin döyüş texnikasını darmadağın edib. Volın və Polesski istiqamətlərində vəziyyət ciddi şəkildə dəyişməyib.
Eyni zamanda, digər istiqamətlərdə də düşmən minaatanlardan, tanklardan, döyüş maşınlarından, lüləli və reaktiv artilleriya qurğularından infrastrukturu atəşə tutub.
Ruslar Severski istiqamətində Sumı vilayətində Atinskoqo və Stukalovka yaxınlığında, Xarkov vilayətində isə Kazaçya Lopana, Baranovka və Kupyansk rayonlarını atəşə tutublar.
“Ümumiyyətlə, son sutka ərzində Rusiya işğalçıları Ukrayna ərazisində hərbi və mülki obyektlərə iki raket zərbəsi, iyirmi beş hava zərbəsi endirib, on bir raket zərbəsi endiriblər”, - deyə xülasədə deyilir.
Baş Qərargahda qeyd edildiyi kimi, düşmən öz səylərini Donetsk vilayətinin ərazisinə nəzarətin yaradılmasına, müvəqqəti ələ keçirdiyi ərazilərin saxlanılmasına və ayrı-ayrı istiqamətlərdə qoşunlarımızın hücumunu dayandırmağa yönəltməkdə davam edir.
Düşmən terror və dinc əhaliyə hədə-qorxu gəlmək taktikasını davam etdirir. Xarkov və Lozovaya şəhərləri vurulub.