Tacikistan tərəfi təxribat xarakterli atəşi davam etdirib və Qırğızıstan Respublikasının Batken vilayətində Dostuk, Aksay, İnternasional, Jaştık, Borborduk, Arka, Kulundu kimi yaşayış məntəqələrini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində baş verən son toqquşmalar zamanı həlak olanların sayı 81-ə çatıb.
Onlardan 46-sı Qırğızıstan, 35-i isə Tacikistan vətəndaşlarıdır. Sentyabrın 16-da Qırğızıstan və Tacikistan arasında atəşkəs əldə edilib.