29 Sentyabr 2022 01:13
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı qız Məhsa Əmininin ölümü ilə əlaqədar hər hansı nöqsan olarsa, mütləq cinayət işi açılacaq.

Teleqraf.com xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İran xalqına müraciətində deyib.

Onun sözlərinə görə, tibbi ekspertiza Məhsa Əmininin ölümü haqda hələlik rəy verməyib. Bir neçə gün ərzində rəy veriləcək.

Son günlərdə İranda etiraz aksiyalarına münasibət bildirən İran prezidenti qeyd edib ki, bəzi problemlərlə bağlı dialoq, tənqid və hətta etirazlar üçün mərkəzlər yaradıla bilər: "Bu məsələ İran konstitusiyasında da var.

Heç bir halda vətəndaşların canı və malına hücum edilməsinə icazə vermək olmaz. Bəzi şəxslərin iğtişaşla cəmiyyətin asayişini pozmalarına icazə vermək olmaz".


Müəllif: Teleqraf.com