İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlər 16 gündür davam edir.
Teleqraf.com xəbər verir ki, ötən gecə paytaxt Tehranın aparıcı universitetlərindən biri olan Sənət-i Şərifdə nümayiş keçirən yüzlərlə tələbəyə polis müdaxilə edib.
Polisin nümayişçilərin üzərinə həqiqi güllələrdən istifadə etdiyi görüntüləri böyük əks-səda doğurub.
Vəziyyətin gərgin olduğu ölkədə bu gün dini lider Əli Xameneidən diqqətçəkən açıqlama gəlib.
Etirazlardan sonra ilk dəfə çıxış edən Xamenei sentyabrın 17-dən bəri ölkəni bürüyən iğtişaşların adi iranlılar deyil, sionist qüvvələr tərəfindən planlaşdırıldığını iddia edib.
Dövlət mediasında yer alan xəbərlərdə Xamenei 22 yaşlı Məhsa Əmininin ölümünün ona dərindən təsir etdiyini və baş verənləri kədərli bir hadisə kimi qiymətləndirdiyini bildirib.
Xamenei deyib ki, etirazlar planlı iğtişaşlardır: “İrandakı nümayişləri ABŞ və İsrail planlaşdırıb”
Ali lideri həmçinin bildirib ki, polisi dəstəkləyir və onun arxasındadır.