19 Oktyabr 2022 15:54
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Hindistanla yeni müdafiə sazişi bağlamaq imkanını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın “The Print” internet qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Ermənistan “Akaş” zenit-raket kompleksləri ilə yanaşı, Hindistandan PUA və digər döyüş sursatları da almaq istəyir:

“Qandinaqarda DEFEXPO 2022 çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və Hindistanın müdafiə naziri Şri Racnat Sinqh arasında keçirilən ikitərəfli görüşdə əsas diqqət müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.

Görüş iki ölkə arasında Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin, tank əleyhinə “Konkurs” raket sistemlərinin, 80 millimetrlik minaatanların və digər silahların alınmasına dair hökumətlərarası saziş imzalanmasından bir neçə həftə sonra keçirilir.

Hindistan hökuməti erməni nazirlə görüşdə baş verənlərlə bağlı susur. Əsas diqqətin müdafiə sahəsində əməkdaşlıq olduğu vurğulanır".

Mənbələrin “ThePrint”ə verdiyi məlumata görə, Ermənistan xüsusilə yerli “Akaş” zenit-raket komplekslərinin alınması imkanını nəzərdən keçirir:

“Ermənistan Hindistanda fəaliyyət göstərən “Tata Advanced Systems Limited” (TASL) və Solar Industries özəl şirkətləri tərəfindən hazırlanmış kamikadze dronları da almağı planlaşdırır".


Müəllif: Nemət

Oxşar xəbərlər