Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsi ərazisində Rusiya qoşunlarının hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumatda deyilir ki, Rusiya qüvvələri müvəqqəti ələ keçirdiyi əraziləri saxlamağa, irəliləyən Ukrayna ordusunu dayandırmağa çalışır. Eyni zamanda, rusların Baxmut və Avdiv istiqamətlərində hücum əməliyyatlarını dayandırmadığı deyilir.
“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Beloqorivka, Donetsk vilayətinin Opıtne, Baxmut, Pobeda və Marinka ərazilərində rus işğalçılarının hücumlarını dəf edib”, - məlumatda qeyd olunur.