Ukrayna Donbas hövzəsində ələ keçirdiyi bütün əsirləri dekabrın 25-ə kimi azad etməyə hazırlaşır.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko bu barədə təhlükəsizlik orqanlarına xüsusi tapşırıq verib.
Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq idarəsinin rəhbəri Vasiliy Vovka bununla əlaqədar bu gün keçirdiyi brifinqdə bildirib ki, cari ilin sonuna kimi əsirlərin əksəriyyətini azad etmək mümkün olacaq.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Donetsk və Luqansk separatçıları ümumilikdə 684 əsir saxlayırlar. V.Voysk bildirib ki, separatçılar onlardan yalnız 152-ni azad etməyə hazır olduqlarını bildiriblər.
Vovkanın sözlərinə görə, Ukrayna tərəfi 477 əsiri azad etməyə hazırdır.