ABŞ Konqresinə aralıq seçkiləri zamanı kütləvi pozuntular baş verir, biz etiraz aksiyalarına getməliyik.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində belə bir çağırış edib.
“Detroytda bülletenlərlə bağlı durum çox pisdir. İnsanlara səs verməyə gəlirlər, amma onlara deyirlər ki, bağışlayın, artıq səs vermisiniz. Başqa yerlərdə də oxşar vəziyyət var və tez-tez olur: etiraz edin”, - Tramp bildirib.
İlkin nəticələrə görə, Konqresə keçirilən aralıq seçkilərində Trampın təmsil olunduğu partiya Respublikaçılar həm Senat, həm də Nümayəndələr Palatasında Demokratları üstələyir.