23 Noyabr 2022 23:28
1 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xersonun azad edilməsindən sonra müharibə yeni mərhələyə qədəm qoyub”.

Teleqraf.com xəbər verir ki, bunu israilli hərbi ekspert David Şarp deyib.

Onun fikrincə, Ukrayna ordusu bu üstünlükdən səmərəli şəkildə istifadə etsə, Rusiyanın məğlubiyyəti bir o qədər yaxın olacaq.

“Xersona təchizat xeyli çətinləşəndə ruslar geri çəkilməyə məcbur oldular. Şəhəri saxlamaq onlara həm strateji, həm də canlı qüvvə itkisi baxımından çox baha başa gəldi”, - Şarp vurğulayıb.

Ekspert qeyd edib ki, rus qoşunlarının çıxarılmasından sonra cəbhə xətti xeyli kiçilsə də, Xerson vilayətinin sol sahilində qüvvə toplamağa başlayıblar.

“Elə bir mərhələyə qədəm qoyuruq ki, Rusiya ordusunun açıq zəif nöqtəsi görünmür. İndi isə Xersonla bağlı məsələdən kimin yararlanacağı çox vacibdir. Baxmayaraq ki, baxanda hər şeyin əvvəlki kimi davam etdiyi və əvvəlkindən heç də fərqlənmədiyi görünür, amma bu, əsas məqamdır və müharibənin yeni mərhələsidir”, - Şarp qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər